03/03/2020
15:08
2701
| A A A
Çempionlar Liqası oyunu təxirə salına bilər

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək Juventus – Lyon matçı azarkeşsiz oynanıla bilər.

Goal.az xəbər verir ki, oyunun azarkeşsiz keçirilmə səbəbi İtaliyada koronavirus epidemiyasının yayılmasıdır.

Hazırda Juventus – Lyon matçının azarkeşsiz keçirilməsi nəzərdə tutulur. Digər variant isə qarşılaşmanın başqa bir stadionda oynanılmasıdır.

Qeyd edək ki, Juventus – Lyon matçı martın 17-də keçiriləcək.