Çempionlar Liqasında koronavirus təhlükəsi
Dünyada geniş yayılan koronavirus epidemiyasına görə İspaniyada keçiriləcək avrokubok matçları azarkeşsiz oynanıla bilər.
Goal.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçları çərçivəsində keçiriləcək Barcelona – Napoli və Valencia – Atalanta oyunları, eləcə də, Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək Sevilla – Roma və Getafe – İnter görüşləri azarkeşsiz oynanıla bilər.