05/03/2020
16:29
4833
| A A A
Yayda Çempionlar Liqası keçirilə bilər

UEFA yeni turnir təşkil edə bilər.

Goal.az xəbər verir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb. Xəbərdə, UEFA və ABŞ-ın “Relevent Sport” şirkətinin 2021-ci ilin yayında klublar arasında yeni, böyük turnir keçirməklə bağlı danışıqlar apardığı bildirilir.

Beynəlxalq Çempionlar Kubokunun əsasında Yay Çempionlar Liqası təşkil edilə bilər. UEFA rəhbərliyi yeni turnirə rəsmi status və yarış xarakteri verməyi düşünür. Turnirdə təsnifat, qrup və pley-off mərhələlərinin keçirilməsi planlaşdırılır.

Yarışın layihəsi artıq İngiltərənin Manchester United, Manchester City, Arsenal, Liverpool və Tottenham klublarına təqdim olunub və razılıq alınıb. Premyer Liqa təmsilçiləri turnirdə iştiraka görə istədikləri məbləği də açıqlayıblar.