10/03/2020
14:16
3386
| A A A
PSG 10 milyon avro itirdi

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək PSG – Borussia Dortmund matçı koronavirus epidemiyasına görə azarkeşsiz oynanılacaq.

Goal.az xəbər verir ki, bu görüşdə fanatların olmaması PSG klubunun 10 milyon avro itirməsinə səbəb olacaq. Bu məbləğə təkcə bilet pulları deyil, həm də stadion ərazisində yerləşən mağaza və digər obyektlərin qazancları da daxildir. Paris təmsilçisi bununla yanaşı, oyun günü işləyəcək mühafizə xidməti və digər işçilər üçün də müəyyən qədər pul ödəyəcək.

Sabah keçiriləcək PSG – Borussia matçı saat 00:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda dortmundlular 2:1 hesabıyla qələbə qazanıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
10050 səs