11/03/2020
13:27
4265
| A A A
Çempionlar Liqası oyunu azarkeşsiz keçiriləcək - RƏSMİ

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək Bayern Münich – Chelsea matçı azarkeşsiz oynanılacaq.

Goal.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. Görüşün azarkeşsiz keçirilməsinə səbəb, koronavirus epidemiyasının yayılmasının qarşısını almaqdır.

Bayern Münich Chelsea ilə oyuna satılmış biletlərin pullarını azarkeşlərə geri qaytaracaq.

Martın 18-də keçiriləcək Bayern – Chelsea matçı saat 00:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda almanlar 3:0 hesabıyla qalib gəlib.