12/03/2020
19:49
4671
| A A A
Liverpool-un 6 illik seriyası qırıldı

Liverpool UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində öz meydanında Atletico-ya 2:3 hesabı ilə məğlub olub.

Goal.az xəbər verir ki, bu məğlubiyyətlə, “qırmızılar”ın ev oyunlarındakı məğlubiyyətsizlik seriyası başa çatıb. Komanda bütün turnirlər nəzərə alınmaqla öz meydanında 42 oyun uduzmamışdı. Liverpool bu oyunlarda 37 qələbə, 5 bərabərlik əldə edib.

Bundan başqa, Mersisayd təmsilçisi son 6 ildə ilk dəfə avrokuboklarda öz meydanında məğlub olub. İngilislər “Enfild Roud”da sonuncu məğlubiyyəti 2014-cü ilin oktyabrında, Real-dan almışdı – 0:3.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8820 səs