31/03/2020
21:15
1834
| A A A
Emre Can cəzalandırıldı

UEFA Borussia Dortmund-un futbolçusu Emre Canı cəzalandırıb.

Goal.az xəbər verir ki, Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin PSG ilə Parisdəki cavab matçında qırmızı vərəqə alan Türkiyə əsilli almaniyalı yarımmüdafiəçi 2 oyunluq diskvalifikasiya olunub.

26 yaşlı oyunçu sözügedən qarşılaşmanın 88-ci dəqiqəsində PSH-nin hücumçusu Neymarı üzündən itələdiyi üçün meydandan qovulub.

Qeyd edək ki, Borussia Dortmundakı ilk matçda (2:1) qələbə qazansa da, cavab görüşündə məğlub olaraq (0:2) ÇL-lə vidalaşıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5796 səs