15/04/2020
17:38
1627
| A A A
Çempionlar Liqasının final matçı İstanbuldan alınır?

UEFA koronavirus pandemiyası ilə əlaqədar dayandırılan Çempionlar Liqasına 8-lər finalı ilə yekun vurmaq istəyir.

Goal.az xəbər verir ki, qurum yarışı neytral məkanda başa vurmaq niyyətindədir.

Final matçının Türkiyədə keçirilməsi də sual altına düşə bilər. Buna səbəb qonşu ölkədə infeksiya sayının artmasıdır.

UEFA aprelin 23-də quruma üzv olan 55 milli assosiasiya ilə növbəti videokonfrans keçirəcək. Çempionlar Liqasının finalı Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda təşkil olunmalıdır.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5353 səs