20/04/2020
13:19
1411
| A A A
UEFA 3 gündən bir oyun keçirməyi təklif edir

UEFA-nın Çempionlar Liqasını və Avropa Liqasını başa çatdırmaq üçün daha bir planı bəlli olub.

Goal.az xəbər verir ki, qurum matçların üç gündən bir keçirilməsini təklif edir.

Müzakirə olunan daha bir fikir isə Çempionlar Liqasının yarımfinal və final oyunlarının 5 gün ərzində Türkiyənin İstanbul şəhərində, Avropa Liqasının eyni mərhələlərinin isə Polşanın Qdansk şəhərində təşkilidir.

Əsas prioritet isə ölkə çempionatlarının başa çatdırılmasıdır. Bunu UEFA prezidenti Aleksander Çeferin aprelin 21-də 55 milli assosiasiya ilə keçirəcəyi video-konfransda da bəyan edəcək. Bundan iki gün sonra isə UEFA İcraiyyə Komitəsinin iclasını keçirəcək.

Plana əsasən, Çempionlar Liqasının finalı avqustun 29-da, Avropa Liqasının həlledici görüşü bundan 3 gün sonra təşkil olunmalıdır. Gələn mövsüm avrokubokların qrup mərhələləri isə oktyabrın 20-dən tez start götürməməlidir. (Report)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5796 səs