10/05/2020
12:22
1676
| A A A
Juventus - Lyon matçının tarixi açıqlandı

UEFA Çempionlar Liqasında Juventus-la Lyon-u arasında keçiriləcək 1/8 final mərhələsinin cavab görüşünün vaxtı müəyyənləşib.

Goal.az xəbər verir ki, Lyon-un prezidenti Jan-Mişel Olas oyunun avqustun 7-də Turində təşkil olunacağını açıqlayıb. Matça azarkeş buraxılmayacaq.

Olas Fransa Liqa 1-in ləğvi ilə bağlı Peşəkar Futbol Liqasına apellyasiya verdiklərini də xatırladıb. Onun sözlərinə görə, şikayət nəticə verməsə, Lyon və PSG Çempionlar Liqasındakı rəqibləri tərəfindən məhv ediləcək.

Qeyd edək ki, PSG artıq 1/4 finala yüksəlib. Lyon isə ilk görüşdə Juventus-a qalib gəlib - 1:0. Fransa Liqa 1-i koronavirus pandemiyası üzündən ləğv olunub və PSG çempion elan olunub.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5355 səs