12/05/2020
15:15
3921
| A A A
Messi 1-ci, Ronaldo 3-cü oldu - ÇL-in ən yaxşı "TOP-10" hücumçusu

Çempionlar Liqası tarixində çıxış etmiş ən yaxşı hücumçuların siyahısı bəlli olub.

Goal.az xəbər verir ki, birinci yerdə 141 matçda 114 qol vuran Lionel Messi qərarlaşıb.

Məlumata görə, siyahıda hücumçuların keçirdiyi oyun sayılarına görə vurduqları qollar əsas rol oynayıb. Tərtib edilən cədvəldə ikinci yeri Manchester United və Real Madrid-in sabiq hücumçusu Ruud Van Nistelroy tutub. Juventus-un hücumçusu Kristiano Ronaldo isə üçüncü pillədə yer alıb.

Oyun və qol nisbətinə görə bombardirlər:

1. Lionel Messi – 141 oyun, 114 qol (orta hesabla 0,81)

2. Rud van Nistelroy – 73 oyun, 56 qol (0,77)

3. Kriştiano Ronaldo – 169 oyun, 128 qol (0,76)

4. Robert Levandovski - 86 oyun, 64 qol (0,74)

5. Neymar - 57 oyun, 35 qol (0,61)

6. Filippo İnzagi - 81 oyun, 46 qol (0,57)

7. Edinson Kavani - 62 oyun, 35 qol (0,56)

8. Serxio Aquero - 71 oyun, 39 qol (0,55)

9. Kərim Benzema - 119 oyun, 64 qol (0,54)

10. Raul Qonzales - 142 oyun, 71 qol (0,50).

(Sportinfo)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5798 səs