20/05/2020
12:04
1052
| A A A
UEFA avrokubokları "dördlər finalı" formatında keçirmək istəyir

UEFA-nın İşçi qrupu avrokubokların başa çatdırılması üçün yeni format hazırlayıb.

Goal.az-ın AS nəşrinə istinadən məlumatına görə, Çempionlar Liqası (ÇL) və Avropa Liqasında (AL) 1/4 final qarşılaşmalarının 1 matçdan ibarət olması təklif olunur.

Qitə futbol qurumu ÇL-də yarımfinal və final mərhələsini "dördlər finalı" formatında Türkiyənin İstanbul şəhərində keçirməyi planlaşdırır. AL-də isə son iki mərhələnin matçları müvafiq olaraq Polşanın Qdansk şəhərində təşkil olunacaq.

Bu variantın səs çoxluğu ilə qəbul olunduğu və UEFA İcraiyyə Komitəsinin iclasında təsdiqlənəcəyi bildirilib.

Qeyd edək ki, UEFA avrokubokları martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırıb. (Report)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5795 səs