15/04/2021
16:33
1288
| A A A
Foden Mbappeyə çatdı

Manchester City-in futbolçusu Fil Foden PSG-nin hücumçusu Kilian Mbappenin rekordunu təkrarlayıb.

Goal.az xəbər verir ki, o, buna Çempionlar Liqasının 1/4 finalında Borussia Dortmund ilə ilə hər iki matçda (2:1, 2:1) qol vurmaqla nail olub. Bununla da, 20 yaşlı yarımümdafiəçi ÇL-də 1/4 finalda oynadığı hər iki görüşdə fərqlənən yaşı 21-dən az olan ikinci oyunçu olub.

Bundan əvvəl bu nailiyyətə PSG-nin hücumçusu Kilian Mbappe (2016/2017 mövsümün, Borussia ilə oyunlar) imza atıb.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs