15/04/2021
19:37
1176
| A A A
UEFA Atletico-nun futbolçusunu cəzalandırdı

UEFA İspaniyanın Atletico Madrid-in futbolçusu Stefan Saviçi cəzalandırıb.

Goal.az xəbər verir ki, buna monteneqrolu müdafiəçinin Chelsea-yə 0:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında qırmızı vərəqə alaraq, meydandan qovulması və qarşılaşmanın baş hakimi Daniele Orsatonu təhqir etməsi səbəb olub.

30 yaşlı oyunçu görüşün 82-ci dəqiqəsində London klubunun futbolçusu Antonio Rudigeri dirsəyi ilə vurub. Bunu aqressiv hərəkət kimi dəyərləndirən UEFA-nın Nizam-intizam Komitəsi Saviçi avrokuboklardan 4 oyunluq diskvalifikasiya edib.

Qeyd edək ki, Atletico ilk görüşdə də rəqibinə 0:1 hesabı ilə uduzmuşdu.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs