15/04/2021
22:22
1553
| A A A
Borussia Dortmund-un futbolçusu tarixə keçdi

Borussia Dortmund Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda doğma meydanda Manchester City-yə məğlub olub.

Goal.az xəbər verir ki, 1:2 hesabıyla bitən qarşılaşmada meydan sahiblərinin yeganə qolunu vuran Cud Bellinqem Borussia-nın tarixinə düşüb.

Manchester City ilə matçda hesabı açan Bellinqem Borussia-nın Çempionlar Liqasında qol vuran ən gənc futbolçusu ünvanını qazanıb. İngilis yarımmüdafiəçi qolunu 17 yaş 289 günlüyündə vuraraq, tarixə keçib.

Qeyd edək ki, Borussia Çempionlar Liqasının 1/4 final mərhələsində hər iki oyunda Manchester City-yə 1:2 hesabıyla məğlub olaraq, turnirlə vidalaşıb.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs