17/04/2021
13:52
936
| A A A
Gündoğan formasını hərraca çıxardı

Manchester City-nin futbolçusu İlkay Gündoğan Çempionlar Liqasının 1/4 final mərhələsinin Borussia Dortmund-la ilk matçında geyindiyi formanı hərraca çıxarıb.

Goal.az xəbər verir ki, bu barədə yarımmüdafiəçi tvitter hesabında məlumat yayıb. Hərracda satılacaq formadan gələn gəlir ollier xəstəliyindən (sümük xərçəngi) əziyyət çəkən 8 yaşlı Dilara Abanoğlunun müalicəsinə sərf olunacaq.

Manchester City Çempionlar Liqasının 1/4 final mərhələsinin hər iki matçında Borussia-nı 2:1 hesabıyla məğlub edərək, yarımfinala yüksəlib. “Şəhərlilər” bu mərhələdə Fransa PSG-si ilə qarşılaşacaq.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs