19/04/2021
18:32
4361
| A A A
Çempionlar Liqasının formatı dəyişdirildi — RƏSMİ

UEFA Çempionlar Liqasında format dəyişikliyini təsdiqləyib.

Goal.az qurumun saytına istinadən xəbər verir ki, İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunan yeni reqlamentə əsasən, 2024/2025 mövsümündən komanda sayı 32-dən 36-dək artırılacaq və qrup mərhələsi ləğv olunacaq.

Turniriqa mərhələsi formatında təşkil olunacaq. Hər klub minimum 10 oyun (5 ev, 5 səfər) keçirə biləcək. İlk səkkiz pillənin sahibi avtomatik olaraq 1/8 finala yüksələcək. 9 - 24-cü sırada yer alan komandalar isə son 8 vəsiqə uğrunda pley-off matçları oynayacaq. Pley-off mərhələsəi 2 oyundan ibarət olacaq.

Analoji format dəyişikliyi Avropa Liqası və Konfrans Liqasına da təsir edəcək. Əlavə müzakirə və razılığa əsasən, iki yarışda komanda sayı 36-dək artırıla bilər.

UEFA Çempionlar Liqasına vəsiqə əvvəlki qaydada davam edəcək və komandanın daxili yarışlarda çıxışı ilə qazanılacaq.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs