25/04/2021
16:57
1562
| A A A
Real Madrid - Chelsea matçına hakimlər açıqlandı

Çempionlar Liqasının yarımfinalında keçiriləcək Real Madrid – Chelsea görüşünə hakim təyinatları açıqlanıb.

Goal.az xəbər verir ki, görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Denni Makkelli olacaq. Ona yan xətt hakimləri qismində Hessel Sreqstra və Yan de Vrays kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orel Qrinfeld yerinə yetirəcək. VAR hakimi isə Kevin Bloom olacaq.

Qeyd edək ki, aprelin 28-də keçiriləcək matç Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs