26/04/2021
14:29
1199
| A A A
PSG - Manchester City matçının hakimləri bilindi

Çempionlar Liqasının yarımfinalında keçiriləcək PSG - "Manchester City matçına hakim təyinatları açıqlanıb.

Goal.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Oyunu almaniyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Feliks Brix olacaq. Ona yan xətt hakimləri kimi Mark Borş və Stefan Lupp kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Zibert yerinə yetirəcək.

Qeyd edək ki, aprelin 28-də keçiriləcək PSG - Manchester City oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs