27/04/2021
10:40
1127
| A A A
Çempionlar Liqasında yarımfinal mərhələsi başlayır

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.

Goal.az xəbər verir ki, bu raundun ilk qarşılaşması İspaniyada baş tutacaq.

Real Madrid Chelsea-ni qəbul edəcək. Alfredo Di Stefano stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı Niderland Futbol İttifaqından Denni Makkelinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Meydan sahiblərinin heyətində kapitan Serxio Ramos, Ferlan Mendi, Federiko Valverde və Lukas Vaskez zədə səbəbindən oynamayacaq. Qonaqlarda isə yeganə itki zədəli Mateo Kovaçiçin yoxluğudur.

Yarımfinal mərhələsinin digər matçında PSG və Manchester City klubları üz-üzə gələcəklər. Həmin görüş aprelin 28-də olacaq.

Çempionlar Liqası, yarımfinal

İlk oyun

23:00. Real Madrid (İspaniya) - Chelsea (İngiltərə)

Qeyd edək ki, cavab qarşılaşmaları 4-5 mayda oynanılacaq.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs