28/04/2021
12:27
1174
| A A A
Benzema Raula çatdı

Real Madrid-in futbolçusu Kərim Benzema Çempionlar Liqasının tarixinə düşüb.

Goal.az xəbər verir ki, 34 yaşlı hücumçu Chelsea ilə görüşdə (1:1) buna nail olub.

Komandasının yeganə qolunu vuran futbolçu turnirində 71-ci dəfə fərqlənməklə Madrid klubunun keçmiş futbolçusu Raul Qonzalesə çatıb.

Bu göstəricidə Kriştiano Ronaldo (134), 1-ci, Lionel Messi (120) 2-ci, Robert Levandovski (73) 3-cüdür. Benzema və Raul isə 4-5-ci yerləri bölüşdürür.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs