29/04/2021
15:25
1077
| A A A
Manchester City-dən rekord göstərici

Manchester City Çempionlar Liqasında rekorda imza atıb.

Goal.az xəbər verir ki, "şəhərlilər" bunu ötən gecə PSG-yə qalib (2:1) gəlməklə nail olublar. Komanda bu mövsüm turnirdə qazandığı qələbələrin sayını 10-a çatdırıb. Beləliklə, Manchester City Çempionlar Liqasının 1 mövsümündə 10 dəfə qalib gəlməyi bacaran ilk İngiltərə klubu olub.

Qeyd edək ki, Manchester City ilə PSG arasında cavab görüşü mayın 4-ü Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs