30/04/2021
13:56
901
| A A A
Markinyosdan rekord göstərici

PSG-nin müdafiəçisi Markinyos UEFA Çempionlar Liqasında yeni uğura imza atıb.

Goal.az xəbər verir ki, 27 yaşlı futbolçu buna Manchester City komandasına 1:2 hesabı ilə uduzduqları yarımfinal mərhələsinin ilk oyununda nail olub.

Parisdə baş tutan görüşün 15-ci dəqiqəsində hesabı açan braziliyalı oyunçu tarixdə ardıcıl iki və ya daha çox mövsüm 1/4 və yarımfinal mərhələlərində qol vuran üçüncü futbolçu olub. Daha əvvəl bunu hazırda Barcelona-da oynayan Antuan Qrizmann (2015-16, 2016-17) və Juventus-da çıxış edən Kriştiano Ronaldo (2011-12, 2012-13, 2013-14) bacarıb. Markinyos bütövlükdə son 12 ÇL matçında 5 qol vurmağa nail olub.

Qeyd edək ki, PSG və Manchester City komandaları arasındakı cavab oyunu mayın 4-də İngiltərədə keçiriləcək.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs