06/05/2021
22:30
1935
| A A A
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.

Goal.az xəbər verir ki, rəmzi heyətə Real-ı 2:0 hesabıyla məğlub edərək, finala yüksələn Chelsea-dən 7 futbolçu düşüb.

Qapıçı: Eduard Mendi (Chelsea);

Müdafiəçilər: Kayl Uolker, Ruben Dias (hər ikisi Manchester City), Sesar Asplikueta, Tyaqo Silva, Ben Çiluell (hər üçü Chelsea);

Yarımmüdafiəçilər: Riyad Mahrez, Fil Foden (hər ikisi Manchester City), Kay Haverts, Meyson Maunt (hər ikisi Chelsea);

Hücumçu: Timo Verner (Chelsea).