07/05/2021
14:27
1215
| A A A
Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşdi

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

Goal.az xəbər verir ki, bu ada Manchester City-nin yarımmüdafiəçisi Riyad Mahrez layiq görülüb.

30 yaşlı oyunçu evdə PSG komandasına 2:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.

Qeyd edək ki, ilk görüşdə də eyni hesablı qələbə qazanan "şəhərlilər" finala yüksəlib. Mançester təmsilçisinin həlledici oyundakı rəqibi İngiltərənin Chelsea komandası olacaq. Final mayın 29-da keçiriləcək.