07/05/2021
22:15
2118
| A A A
UEFA Avropa Super Liqasına qoşulan 9 klubla bağlı qərarını açıqladı

UEFA Avropa Super Liqasında iştirak etmək istəyən 12 klubdan 9-u - Manchester United, Manchester City, Liverpool, Arsenal, Chelsea, Tottenham (hamısı İngiltərə), Atletico Madrid (İspaniya), Milan və İnter (hər ikisi İtaliya) ilə bağlı qərarını açıqlayıb.

Goal.az xəbər verir ki, sözügedən komandalara qarşı heç bir sanksiya tətbiq olunmayıb.

Buna həmin klubların səhvlərini başa düşməsi və futbol ictimaiyyətindən üzr istəməsi səbəb olub.

Amma bu kollektivlərin qarşısına müəyyən tələblər qoyulub. Onlar Avropada uşaq futbolunun inkişafına 15 milyon avro ianə etməlidir. Həmçinin klubların avrokuboklarda bir mövsüm ərzində əldə edəcəkləri gəlirin 5 faizi tutulacaq və yenidən bölüşdürüləcək.