10/05/2021
18:30
3739
| A A A
UEFA-dan Çempionlar Liqasının finalı ilə bağlı açıqlama

UEFA Çempionlar Liqasının final oyununun Türkiyənin İstanbul şəhərindən alınacağı ilə bağlı xəbərləri şərh etməyib.

Goal.az xəbər verir ki, bu barədə qurumdan TASS-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, hazırda bu məsələ barədə heç bir məlumat yoxdur, rəsmi açıqlama vaxtı çatanda veriləcək.

Xatırladaq ki, Britaniya mətbuatı Chelsea və Manchester City klublarının üz-üzə gələcəyi həlledici görüşün Londondakı "Uembli" stadionunda oynanılacağını yazıb. (report)