17/05/2021
12:56
2406
| A A A
Çempionlar Liqasının qalibi müəyyənləşdi

Qadınlar arasında UEFA Çempionlar Liqasının qalibi bəlli olub.

Goal.az xəbər verir ki, Barcelona İsveçin Göteborq şəhərindəki Qamla Ullevi stadionunda keçirilən finalda Chelsea-ni 4 cavabsız qolla məğlub edib. Beləliklə, Barcelona klub tarixində ilk dəfə qadınlar arasında Çempionlar Liqasının qalibi olub.

Həmçinin, Barcelona qadınlar və kişilər arasında Çempionlar Liqasının qalibi olan yeganə klub kimi tarixə düşüb.

Qeyd edək ki, qadınların yarışında Çempionlar Liqası 2001-ci ildən keçirilir.