29/05/2021
10:00
951
| A A A
Bu gün Çempionlar Liqasının qalibi müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün qalibi müəyyənləşəcək.

Goal.az xəbər verir ki, həlledici matçda İngiltərənin Manchester City və Chelsea komandaları üz-üzə gələcəklər.

Portuqaliyanın Portu şəhərindəki Draqao stadionunda keçiriləcək qarşılaşmanı İspaniyadan olan FİFA referisi Antonio Mateu Laos idarə edəcək.

UEFA Çempionlar Liqası

Final

23:00. Manchester City - Chelsea

Baş hakim: Antonio Mateu Laos (İspaniya).