30/05/2021
10:40
2607
| A A A
Çempionlar Liqasının bombardiri bilindi

Çempionlar Liqasında 2020/2021 mövsümünün ən yaxşı bombardiri müəyyənləşib.

Goal.az xəbər verir ki, Borussia Dortmund-un hücumçusu Erlinq Holand turnirin ən yaxşı bombardiri olub. O, başa çatan mövsümdə ÇL-də 8 matçda 10 qol vurub.

Qeyd edək ki, PSG-nin hücumçusu Kilian Mbappe 10 oyunda 8 qolla 2-ci olub.