30/05/2021
13:25
1346
| A A A
ÇL: Final matçının ən yaxşı futbolçusu adına namizədlər

UEFA Çempionlar Liqasında İngiltərənin Chelsea və Manchester City komandaları arasında keçirilən final matçından sonra ən yaxşı futbolçu adına namizədlər məlum olub.

Goal.az xəbər verir ki, ən yaxşı adına Manchester City-dən Fil Foden, Chelsea-dən Nqolo Kante, Ris Ceyms və Kay Haverts namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

Chelsea Manchester City-ni 1:0 hesabıyla məğlub edərək, turnirin qalibi olub.