30/05/2021
14:24
1699
| A A A
Manchester City - Chelsea matçının ən yaxşısı

Çempionlar Liqasında İngiltərənin Chelsea və Manchester City komandaları arasında keçirilən final matçının ən yaxşı futbolçusu məlum olub.

Goal.az xəbər verir ki, bu, Chelsea-nin yarımmüdafiəçisi Nqolo Kantedir.

Fransalı futbolçu həlledici matçda həm hücumda, həm də müdafiədə uğurlu oyun sərgiləyib.

Kante Çempionlar Liqasının yarımfinal mərhələsinin Real-la (İspaniya) hər iki oyununun da ən yaxşısı seçilmişdi.

Xatırladaq ki, Chelsea Manchester City-ni 1:0 hesabıyla məğlub edərək, turnirin qalibi olub.