30/05/2021
15:46
3131
| A A A
De Bruyneyə qoyulan diaqnoz məlum oldu

Manchester City-nin və Belçika millisinin futbolçusu Kevin De Bruyne Çempionlar Liqasının Chelsea ilə final oyununda aldığı zədədən danışıb.

Goal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi xəstəxanada ona burun sümüyündə sınıq və sol gözü ətrafındakı sümüyün qırılması diaqnozunun qoyulduğunu bildirib. De Bruyne Chelsea-yə 0:1 hesabı ilə uduzduqları oyundan da məyusluğunu gizlətməyib.

Qeyd edək ki, Portuqaliyanın Portu şəhərindəki Draqau stadionunda keçirilmiş görüşdə yeganə qolu 42-ci dəqiqədə Kay Haverts vurub. Kevin De Bruyne 60-cı dəqiqədə zədələnərək, əvəzlənib.