30/05/2021
17:11
2175
| A A A
Chelsea-nin iki futbolçusu ÇL-in tarixinə düşdü

UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün qalibi olan Chelsea-nin iki futbolçusu – Eduard Mendi və Kristian Pulişiç bu turnirin tarixinə düşüb.

Goal.az xəbər verir ki, Mendi turnirin finalında oynayan ilk afrikalı qapıçı, Pulişiç isə ilk amerikalı futbolçu olub.

Chelsea Çempionlar Liqasının finalında Manchester City-ni 1:0 hesabıyla məğlub edərək, klub tarixində ikinci dəfə turnirin qalibi olub. (matc)