31/05/2021
12:29
1612
| A A A
Silva Chelsea-nin tarixinə keçdi

Çempionlar Liqasının finalında Manchester City-yə qarşı keçirilən oyun Chelsea-nin müdafiəçisi Tyaqo Silva üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, braziliyalı futbolçu Chelsea-nin heyətində Çempionlar Liqasının finalında oynamış ən yaşlı oyunçu kimi tarixə düşüb.

O, 36 yaş 249 günlüyündə bunu bacarıb. Silvadan əvvəlki rekord isə Klod Makeleleyə məxsus idi (35 yaş, 93 gün).

Xaırladaq ki, Chelsea 1:0 hesablı qələbə ilə ÇL-in qalibi olub.