07/09/2021
20:50
1667
| A A A
Milan-dan azarkeşlərinə jest

Milan Çempionlar Liqasının qrup mərhələsinin ev oyunları üçün biletlərin qiymətini azaldıb.

Goal.az xəbər verir ki, bu barədə “qırmızı qaralar”ın mətbuat xidməti məlumat yayıb. Oyunlar üçün daha əvvəl bilet alan azarkeşlərə isə pullarının qalığı qaytarılacaq.

Milan-da bundan əvvəl Çempionlar Liqasının oyunları üçün bilet qiymətləri A Seriyası matçlarındakından ikiqat çox idi və bu, azarkeşlərin narazılığına səbəb olmuşdu.

Milan Çempionlar Liqasının qrup mərhələsində Liverpool, Atletico Madrid və Porto ilə mübarizə aparacaq.(matc)