Çempionlar Liqasında 1/2 final mərhələsi davam edir
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Goal.az xəbər verir ki, bu raundun ikinci matçında Liverpool Villarreal-ı qəbul edəcək. Görüşü polşalı Şimon Marçinyak idarə edəcək. Yan xətt hakimləri Pavel Sokolnitski və Tomaş Listkeviç, 4-cü hakim isə sloveniyalı Slavko Vinçiç olacaq.
Qarşılaşma öncəsi meydan sahiblərinin heyətində itki yoxdur. Qonaqlardan isə Alberto Moreno və Yeremi Pino zədə səbəbindən meydana çıxmayacaqlar.
Komandalar arasında cavab matçı mayın 3-də İspaniyada keçiriləcək.
UEFA Çempionlar Liqası, yarımfinal
23:00. Liverpool - Villarreal
Baş hakim: Şimon Marçinyak (Polşa)
Qeyd edək ki, yarımfinalın ilk oyununda Real Madrid Manchester City-ə uduzub - 3:4.