Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Goal.az xəbər verir ki, bu ada Real Madrid-dən Kərim Benzema, Villarreal-dan Xuan Foyt, Manchester City-dən Bernardu Silva və Liverpool-dan Tyaqo Alkantara idda edir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək. (report)