Real Madrid-də ağır itki
Real Madrid Çempionlar Liqasının 1/2 final mərhələsində Manchester City-yə qarşı oyuna ciddi itki ilə çıxacaq.
Goal.az xəbər verir ki, "kral klubunun" müdafiəçisi David Alaba zədə səbəbi ilə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Alaba bu mövsüm Real Madrid-in heyətində 30 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.