Çempionlar Liqasında ilk finalçı müəyyənləşir
Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olacaq.
Goal.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda Villarreal Liverpool-u qəbul edəcək. Mersisayd təmsilçisi ilk matçda 2:0 hesablı qələbə qazanıb.
"Estadio de la Keramika" stadionunda keçiriləcək qarşılaşmanı niderlandlı Danni Makkeli idarə edəcək.
Çempionlar Liqası, yarımfinal
23:00. Villarreal- Liverpool
Baş hakim: Danni Makkeli (Niderland)
Qeyd edək ki, digər yarımfinal matçı sabah Real Madrid və Manchester City arasında olacaq. İngiltərədəki ilk oyunda "şəhərlilər" 4:3 hesablı qələbə qazanıb.