05/05/2022
15:16
1776
| A A A
Karlo Ançelotti Çempionlar Liqasında yeni rekorda imza atıb

Real Madrid-in baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, 63 yaşlı mütəxəssis buna qitənin bir nömrəli klub turnirində 5-ci dəfə finala yüksəlməklə nail olub.

Madrid təmsilçisi Manchester City-ni yarımfinal mərhələsinin cavab oyununda əlavə vaxtda 3:1 hesabı ilə məğlub edib. "Kral klubu" səfərdə rəqibinə 3:4 hesabı ilə uduzub.

Daha əvvəl Aleks Ferqyuson, Marçello Lippi və Yurgen Klopp hərəyə 4 dəfə finalda mübarizə aparıb.

Ançelotti 2003, 2005, 2007-ci illərdə Milan-da, 2014-cü ildə isə Real Madrid-də finala vəsiqə qazanıb. İtaliyalı baş məşqçi yalnız 2005-ci ildə Liverpool-a 3:3 hesabı ilə bitən görüşün penaltilər seriyasında uduzub - 3:2.

Qeyd edək ki, Real Madrid Çempionlar Liqasının finalında Liverpool-la üz-üzə gələcək. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. (report)