22/05/2022
11:01
2036
| A A A
Qadınlararası Çempionlar Liqasının qalibi müəyyənləşdi

Qadın futbolçular arasında UEFA Çempionlar Liqasının qalibi müəyyənləşib.

Goal.az xəbər verir ki, finalda Lyon Barcelona-ya 3:1 hesabı qalib gələrək turnirin kubokunu qazanıb.

Barcelona - Lyon - 1:3

Qollar: Henri, 6 (0:1), Hegerberg, 23 (0:2), Masario, 33 (0:3), Putellas, 41 (1:3)

Fransa təmsilçisi tarixində 8-ci dəfə Çempionlar Liqasının qalibi olub. Komanda bundan əvvəl 2011, 2012, 2016, 2017, 2018, 2019 və 2020-ci ildə bu uğuru qazanmışdı.