Çempionlar Liqası: Qarabağ-ın növbəti mərhələdəki mümkün rəqibi bəlli olacaq
Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.
Goal.az xəbər verir ki, saat 14:00-da başlayacaq tədbirdə Azərbaycan çempionu Qarabağ-ın da mümkün rəqibi müəyyənləşəcək.
"Köhlən atlar" I təsnifat mərhələsində Polşa Lex-ini keçəcəyi təqdirdə, növbəti raundda Slovan (Bratislava, Slovakiya) - Dynamo" (Batumi, Gürcüstan), Skupi (Şimali Makedoniya) - Linkoln (Cəbəllütariq) cütlərindən birinin qalibi ilə və ya İsveçrə Zürich-i ilə görüşəcək.
Bundan əlavə, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın Dynamo Zagreb komandasının da rəqibi bilinəcək. (report)