25/09/2022
21:21
1536
| A A A
Qəbələ - Hajduk: hakimlər bilindi

UEFA Gənclər Liqasında mübarizə aparan “Qəbələ”nin U-19 komandasının ilk ev oyununun hakimləri müəyyənləşib.

Goal.az xəbər verir ki, Çempionlar yolunda mübarizə aparan “qırmızı-qaralar”ın “Hayduk”la cavab görüşünü Türkiyədən olan ədalət təmsilçiləri idarə edəcək.

Oktyabrın 4-dəki matçın baş hakimi Arda Kardeşler olacaq. Ona həmyerliləri Mehmet Emin Tuğral və Süleyman Ozay kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi müəyyənləşməyib.

Xatırladaq ki, matç Qəbələ şəhər stadionunda baş tutacaq.

UEFA Gənclər Liqası

Çempionlar yolu, 1-ci mərhələnin cavab oyunu

4 oktyabr

17:00. Qəbələ – Hayduk

Hakimlər: Arda Kardeşler, Mehmet Emin Tuğral, Süleyman Ozay (hamısı Türkiyə).

Qəbələ şəhər stadionu.

İlk oyun – 0:3.