Bu gün UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə yekun vurulacaq.
Goal.az xəbər verir ki, VI turun son oyun günündə E, F, G və H qruplarının görüşləri keçiriləcək.
E qrupunda Milan İtaliyada Avstriya Zalsburg-unu sınağa çəkəcək. "Qırmızı-qaralar"a qrup 2-cisi olmaq üçün heç-heçə də kifayət edəcək. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın Dinamo Zagreb komandası İngiltərədə 1/8 finala vəsiqəni daha əvvəl təmin etmiş Chelsea-nin qonağı olacaq. Qrupdan çıxmaq şanslarını itirən Zaqreb təmsilçisi Avropa Liqasının pley-offuna düşmək üçün mütləq səfərdə qələbə qazanmalı, eyni zamanda Zalsburg-un Milan-a uduzmasını gözləmilidir.
F qrupunda əsas diqqət Polşada Ukraynanın Shakhtar Donetsk və Almaniyanın Leipzig komandaları arasında oynanılacaq görüşə yönələcək. Növbəti mərhəyə adlamaq üçün Bundesliqa təmsilçisini heç-heçə də qane edəcək. Donetsk klubu isə ÇL-də mübarizəni davam etdirmək üçün rəqibini məğlub etməlidir. Əks halda Dinamo yoluna Avropa Liqasında davaç edəcək.
G qrupunda Almaniyanın Borussia Dortmund klubu Danimarkada Kopenhagen-lə, Manchester City isə İngiltərədə İspaniya Sevilla-sı ilə qarşılaşacaq. Bu qrupda Mançester və Dortmund təmsilçiləri Çempionlar Liqasının, Sevilla isə Avropa Liqasının pley-offuna vəsiqəni təmin edib. Odur ki, bugünkü matçlar qrup qalibini müəyyənləşdirmək baxımından önəm daşıyır.
Nəhayət, D qrupunda isə növbəti mərhələyə çıxması dəqiqləşən komandalardan Fransa PSG-si İtaliyada Juventus-u, Portuqaliya Benfica-sı isə İsraildə Hayfa Maccabi-si ilə üz-üzə gələcək. Bu görüşlərin nəticəsi həm qrup qalibinin, həm də Avropa Liqasına düşən kollektivin adına aydınlıq gətirəcək.