Bayern Münich-dən rekord
Bayern Münich UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Goal.az xəbər verir ki, Münhen təmsilçisi buna 6-cı turda İnter-i 2:0 hesabı ilə məğlub etdikləri oyunda nail olub.
Bayern qitənin bir nömrəli klub turnirində 3 mövsümdə qrup mərhələsinin bütün oyunlarında qələbə qazanan yeganə komanda adına sahib çıxıb. Komanda 2019/2020 və 2021/2022 mövsümlərində də eyni uğura imza atıb.