03/11/2022
11:22
2422
| A A A
Modriç Burak Yılmazın rekordunu vurdu

Real Madrid-in futbolçusu Luka Modriç Türkiyə millisinin sabiq üzvü Burak Yılmazın UEFA Çempionlar Liqasındakı rekordunu yeniləyib.

Goal.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi buna evdə Celtic-ə qarşı keçirdikləri qrup mərhələsinin VI tur oyununda penaltidən fərqlənməklə nail olub.

6-cı dəqiqədə adını tabloya yazdıran Modriç turnirdə 11 metrlik cərimə zərbəsindən qol vuran ən yaşlı oyunçu ünvanını ələ keçirib. Təcrübəli futbolçu penaltini dəqiq yerinə yetirərkən 37 yaş 54 günlüyündə olub. Burak Yılmazda isə bu göstərici 36 yaş 244 gündür.

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən matçda hesab Real Madrid-in xeyrinədir - 2:0.

GÜNÜN ƏN ÇOX OXUNANLARI