03/11/2022
15:56
2065
| A A A
Riko Luis Çempionlar Liqasının tarixinə düşüb

Manchester City-nin futbolçusu Riko Luis UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Goal.az xəbər verir ki, ingiltərəli oyunçu buna İspaniya Sevilla-sına 3:1 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin VI tur matçında nail olub.

52-ci dəqiqədə "şəhərlilər"in ilk qoluna imza atan müdafiəçi qitənin bir nömrəli klub turnirində fərqlənən ən gənc futbolçu adına sahib çıxıb. Luis 17 yaş 346-cı günündə bunu bacarıb. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI