03/11/2022
16:50
1812
| A A A
Çempionlar Liqasında qrup mərhələsinin bombardirləri bəlli olub

UEFA Çempionlar Liqasında qrup mərhələsinin bombardirləri bəlli olub.

Goal.az xəbər verir ki, Fransa PSG-sindən Kilian Mbappe və İngiltərənin Liverpool klubundan Məhəmməd Salah hərəyə 7 qolla ilk sıralarda qərarlaşıblar.

İngiltərə Manchester City-sindən Erlinq Holann, İspaniya Barcelona-sından Robert Levandovski və Portuqaliya Porto-sundan Mehdi Taremi 5 qolla yadda qalıblar.

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü noyabrın 7-də atılacaq. Bu raundun ilk matçları 14, 15, 21 və 22 fevralda, cavab qarşılaşmaları isə 7, 8, 14 və 15 martda baş tutacaq. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI