Çempionlar Liqası: Bu gün 1/8 finalın püşkü atılacaq
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
Goal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
1/8 final
Səpələnmişlər: Bayern, Benfica, Porto, Chelsea, Manchester City, Tottenham, Napoli
Səpələnməmişlər: Brügge, Borussia Dortmund, Eintracht, Leipzig, İnter, Milan, Liverpool, PSG
Qeyd edək ki, 1/8 finalın ilk oyunları 14-15 və 21-22 fevralda, cavab matçları isə 7-8 və 14-15 martda olacaq.